Mobil versiya
Şirvanlılar inkişaf və tərəqqini seçir -Fotolar
Tarix: 13-01-2025 | Saat: 16:34
Bölmə:Siyasət | çapa göndər

Şirvanlılar inkişaf və tərəqqini seçir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri M.Ə.Rəsulzadə küçəsində yaşayan seçicilərlə məhəllə görüşləri keçiriblər.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov əvvəlcə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, ictimai-siyasi sabitlik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Z.Qəhrəmanov bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident, YAP Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Sərraf Əzimov, Akif Saqiyev, İlham Cəfərov, Teymur Məmmədov, Kürdoğlu Muradov, İradə Atayeva, Emin Azadov və Elmar Hüseynov bələdiyyələrin mühüm layihələrin həyata keçirilməsinə, əhalinin məşğulluğunun təmin olunmasına önəmli töhfələr verdiyini bildiriblər.

Görüş zamanı seçicilər adından çıxış edən Səbirə Mazanova və şəhid atası Rəhim Hüseynov bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-a etimad göstərmək inkişaf və tərəqqini seçməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025