Mətbuatımızın zərif təmsilçisi – “İşıq
Tarix: 13-01-2025 | Saat: 15:20
Bölmə:Gündəm / Özəl / Media | çapa göndər
XX yüzilliyin əvvəllərində Azərbaycan qadınının savadsızlığı, həmçinin ictimai-siyasi həyatdan təcrid olunması ziyalılarımız tərəfindən geniş müzakirə olunan, aktual məsələlərdən biri idi. Onlar çox yaxşı anlayırdılar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək üçün mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır.
Milli mətbuatda qadın məsələsində ən əlamətdar hadisə dövrün ziyalı xanımlarını öz ətrafında birləşdirən “İşıq” qadın qəzetinin nəşri oldu.
Qəzetin naşiri publisist və hüquqşünas Mustafa bəy Əlibəyov, redaktoru isə onun həyat yoldaşı, Zaqafqaziya Olginski Mamalıq və Ginekologiya İnstitutunun məzunu Xədicə xanım Əlibəyova idi. 22 yanvar 1911-ci ildə “İşıq” qəzetinin nəşri Azərbaycan mətbuatının qadın hüquqları uğrunda apardığı mübarizənin təsirsiz ötüşmədiyini, qadın azadlığı tərəfdarlarının və qadınların özlərinin artıq ciddi bir ictimai gücə çevrildiyini göstərdi.
Qəzetin əsas məqsədi qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq və savadsızlığı aradan qaldırmaq idi. “İşıq” həftədə bir dəfə – şənbə günü nəşr olunan, müxtəlif mövzuları özündə ehtiva edən elmi-pedaqoji, ədəbi qadın qəzeti idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına və dünya xəbərlərinə aid müxtəlif “guşə”lər mövcud idi.
Qəzetin nəşrində dövrün maarifçi xanımları, o cümlədən Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Əminə xanım Əfəndiyeva və başqaları mühüm rol oynamışlar.
Qəzetin üz qabığında uşağın əlindən tutaraq günəşin doğmasına işarə edən bir qadın təsvir edilmişdi. Bununla qəzet naşiri insanların xoşbəxt gələcəyi üçün elm və təhsilin vacibliyinə işarə edirdi.
1912-ci ilin sonuna qədər fəaliyyət göstərən qəzetin ümumilikdə 47 sayı işıq üzü görmüşdür. Qəzetin bağlanmasının əsas səbəblərindən biri dövrün siyasi və sosial şəraitindən qaynaqlanırdı.
100 il sonra – 11 yanvar 2012-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən jurnal formatında bərpa edilən “İşıq” müasir mətbuatımızda yeni cığır açdı. Bu yalnız tarixi bir qəzetin yenidən həyat tapması deyil, həm də o dövrün zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması demək idi.
Qəzetin jurnal kimi yenidən fəaliyyətə başlaması onun ənənələrini yaşatmaqla yanaşı, dövrün tələblərinə uyğun: qadınların təhsili, hüquqları, ailə dəyərləri, sosial məsələlər və bənzər mövzularda müasir məzmunla genişlənmiş oldu. Beləliklə, bu fəaliyyət mətbuatın qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətdəki rolunu daha da gücləndirmək üçün bir platformaya çevrildi.
AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə nəşr olunan dərgidə tanınmış elm adamlarının, publisistlərin, Əməkdar jurnalistlərin, eyni zamanda yeni qələm sahiblərinin yazıları dərc olunur. İldə 4 nömrə ilə buraxılan dərgidə “tariximizdəki qadınlar”, “dəyərlərin işığında”, “ailə və cəmiyyət”, “təlim-tərbiyə”, “incəsənət”, “unudulmayanlar”, “İşıq” süvariləri”, “yaşıl budaqlar” və digər bir-birindən fərqli rubrikalar yer alır. “İşıq” jurnalının əsas məqsədi Azərbaycan qadınına öz şərəfli tarixi keçmişini xatırlatmaq, müsbət ənənələr bələdçiliyində işıqlı gələcəyə yol almaqdır.
Bu il 13 yaşını qeyd edən “İşıq” ümumilikdə 52 sayını oxuculara təqdim edib. Mətbuatımızın zərif təmsilçisi “İşıq” dərgisinə gələcək fəaliyyətində də uğurlar diləyir, işığın əbədi olsun deyirik…
Həcər Tanırverdiyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq