Mobil versiya
Ölkədə vəba həyəcanı: Ölənlərin sayı artır
Tarix: 13-01-2025 | Saat: 15:33
Bölmə:Özəl | çapa göndər

Ölkədə vəba həyəcanı: Ölənlərin sayı artır

Qərbi Afrika ölkələrindən biri olan Qanada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 40-a yüksəlib.Qana Səhiyyə Xidmətlərindən (GHS) verilən yazılı açıqlamada vəba epidemiyasının 2024-cü ilin oktyabr ayından bu yana ölkənin 5 vilayətinə yayılmağa davam etdiyi bildirilib.
Açıqlamada, bu əyalətlərdə 4 min 850 şübhəli vəba hadisəsinin görüldüyü, epidemiyada həyatını itirənlərin sayının 40-a yüksəldiyi bildirilib.

Açıqlamada hökumətin epidemiyaya qarşı peyvənd kampaniyalarını davam etdirdiyi vurğulanıb və paytaxt Akkrada epidemiya səbəbiylə 41 nəfərin müalicə olunduğu bildirilib.

Qida və su ilə ötürülən “vibrio” bakteriyalarının yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025