Mobil versiya
"Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb" - Prezidentin köməkçisi
Tarix: 17-12-2024 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb" -

Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.

aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.

O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-12-2024