Mobil versiya
Serenay Sarıkaya və Mert Demir yenidən ayrıldı? – İki həftədir birlikdə deyillər
Tarix: 11-11-2026 | Saat: 21:16
Bölmə:Özəl | çapa göndər

Serenay Sarıkaya və Mert Demir yenidən ayrıldı? – İki həftədir birlikdə deyillər




Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya ilə müğənni Mert Demirin münasibətlərində yenidən ayrılıq yaşandığı iddia edilir.

Türkiyə mediasında yayılan məlumatlara görə, bir müddət əvvəl barışan cütlük təxminən iki həftədir münasibətlərinə son qoyub.

Serenay Sarıkaya və Mert Demirin sevgisi bundan əvvəl də müxtəlif iddialar və qalmaqallarla gündəmə gəlmişdi.

Xüsusilə onların münasibətinin gerçək olmadığı, müğənninin aktrisa ilə pul qarşılığında sevgili olduğu barədə iddialar geniş müzakirələrə səbəb olmuşdu. Lakin bu iddialar təsdiqini tapmamışdı.

Həmin qalmaqaldan sonra yollarını ayıran cütlük bir müddət keçdikdən sonra yenidən barışmış və münasibətlərini davam etdirmişdi.

İndi isə məşhur sevgililərin növbəti dəfə ayrıldığı barədə xəbərlər yayılıb.

Hələlik nə Serenay Sarıkaya, nə də Mert Demir ayrılıq iddiaları ilə bağlı rəsmi açıqlama verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2026