Ana Sayfa > Karusel / İqtisadiyyat > "Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb" -
"Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb" -Dünən, 11:15. Yazar: sevinc1 |
Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb. aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib. O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb. aia.az Geri dön |