“Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb
Tarix: 05-12-2024 | Saat: 19:00
Bölmə:Manşet / Siyasət / Qərbi Azərbaycan | çapa göndər
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın ilk günü başa çatıb.
Qeyd edək ki, 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi konfransda müxtəlif panel sessiyaları keçirilib.
“Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyalarında qonaqlar mühüm müzakirələr aparıblar.
Konfransın ilk gününün bağlanış mərasimində çıxış edən Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba bildirib ki, dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır. O qeyd edib ki, insanların yaşadıqları ərazidən zorla qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış hüququ beynəlxalq hüquqda təsbit edilib. Məhz ona görə də biz hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq.
“Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təminatını ödəməlidir. Qayda belədir. İnsanlar dədə-torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir", - deyə o vurğulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov çıxışında bugünkü tədbirdə Ermənistandan azərbaycanlıların zorla çıxarılmasının tarixindən danışıb, qayıdışın hüquqi əsasları və humanitar məsələlərin geniş müzakirə edildiyini bildirib.
“Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, bu mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik. Konfrans materiallarını nəşr etməklə, bu məlumatların daha geniş auditoriyaya çatdırılmasını təmin etməyi planlaşdırırıq. Bu işdə hər birinizin biliyi, təcrübəsi və dəstəyi bizim üçün çox qiymətlidir. Prezident İlham Əliyevə haqq işimizə verdiyi dəyərli dəstəyinə və bu mühüm konfransın həyata keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı ifadə edirik. Prezident İlham Əliyevin beynəlxalq hüququ həmişə uca tutması bizim haqq işimizlə yanaşı, ümumiyyətlə beynəlxalq münasibətlərin ədalət prinsipləri əsasında təşəkkül tapmasına böyük töhfə verir", - deyə Ə.Əmiraslanov vurğulayıb.
Qeyd edək ki, konfrans dekabrın 6-dək davam edəcək. Sabah qonaqlar Bakı ilə tanış olacaq, həmçinin beynəlxalq konfransın mədəni hissəsi keçiriləcək. Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının keçirilməsi də nəzərdə tutulur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-01-2025
03-01-2025
02-01-2025