Mobil versiya
Azərbaycan Kuboku: Bu gün daha dörd oyun keçiriləcək
Tarix: 29-10-2024 | Saat: 10:38
Bölmə:İdman | çapa göndər

Azərbaycan Kuboku:

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

aia.az-ın məlumatına görə, ikinci oyun günündə daha dörd matç baş tutacaq.

Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək.

Günün ilk görüşündə I Liqada çıxış edən MOİK "Şimal"ı sınağa çəkəcək.

29 oktyabr

14:00. MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydan)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”

Qeyd edək ki, ötən gün "Turan Tovuz" klubu “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025