Ana Sayfa > İdman > Azərbaycan Kuboku:
Azərbaycan Kuboku:29-10-2024, 10:38. Yazar: sevinc1 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. aia.az-ın məlumatına görə, ikinci oyun günündə daha dörd matç baş tutacaq. Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək. Günün ilk görüşündə I Liqada çıxış edən MOİK "Şimal"ı sınağa çəkəcək. 29 oktyabr 14:00. MOİK – “Şimal” Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Yavər Rəhimov. “Kapital Bank Arena” (ehtiyat meydan) 16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan” Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Liv Bona Dea Arena” 16:00. “Ağdaş” – “Kəpəz” Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Tovuz şəhər stadionu 18:00. “Dinamo” – “Səbail” Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. “ASCO Arena” Qeyd edək ki, ötən gün "Turan Tovuz" klubu “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək. aia.az Geri dön |