Mobil versiya
İranda qadınlar doğmur ,60 ildə inanılmaz dəyişiklik – 7 uşaqdan cəmi...
Tarix: 20-09-2026 | Saat: 15:41
Bölmə:Dünya | çapa göndər

İranda qadınlar doğmur ,60 ildə inanılmaz dəyişiklik – 7 uşaqdan cəmi...


İranda doğum səviyyəsində son 60 ildə kəskin azalma qeydə alınıb.

aia.az xəbər verir ki, son açıqlanan məlumatlara görə, İranda ümumi doğum əmsalı bir qadına təxminən 1,35 uşaq səviyyəsinə enib. İran rəsmilərinin məlumatına əsasən, 2025-ci ilin martında başa çatan ildə bu göstərici 1,35 olub, illik doğuşların sayı isə ilk dəfə 900 mindən aşağı düşüb.

Müqayisə üçün, Dünya Bankının tarixi məlumatlarına görə, 1960-cı ildə İranda bir qadına orta hesabla 7,5-dən çox uşaq düşürdü. 1970-ci ildə göstərici 6,8, 1990-cı ildə 4,9, 2000-ci ildə isə artıq təxminən 2 uşaq səviyyəsinə enmişdi.

Demoqrafiyada əhalinin sayının uzunmüddətli sabit qalması üçün tələb olunan nəsil yenilənməsi həddi təxminən 2,1 uşaq hesab edilir. İrandakı hazırkı 1,35 göstəricisi bu həddən xeyli aşağıdır. Bu tendensiyanın uzun müddət davam etməsi əhalinin yaşlanmasını sürətləndirə, gələcəkdə əmək qabiliyyətli əhalinin payını azalda və pensiya-səhiyyə sistemlərinə əlavə yük yarada bilər.

İranın Milli Yaşlılar Şurasının 2026-cı ildə açıqladığı məlumata görə, ölkədə 10 milyondan çox yaşlı insan yaşayır. İran rəsmiləri də aşağı doğum səviyyəsi və əhalinin sürətlə yaşlanmasını ölkənin qarşısında duran mühüm demoqrafik problemlərdən biri kimi göstərirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026