Mobil versiya
Ev sahiblərinə şad xəbər – Bunu et, borcun 25 faizi silinəcək
Tarix: 20-09-2026 | Saat: 15:08
Bölmə:Dünya | çapa göndər

Ev sahiblərinə şad xəbər – Bunu et, borcun 25 faizi silinəcək


Türkiyədə TOKİ-dən mənzil və iş yeri alan, ödənişləri davam edən yüz minlərlə vətəndaş üçün 25 faizlik endirim kampaniyası başlayır.

aia.az xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sentyabrın 22-dən oktyabrın 19-dək borcunun hamısını birdəfəlik ödəyən vətəndaşlara 25 faiz endirim ediləcəyini açıqlayıb.

Kampaniyanın təxminən 228 min mənzil və iş yeri alıcısını əhatə edəcəyi bildirilir.

Borcunun hamısını bağlamağa imkanı olmayan şəxslər də kampaniyadan yararlana biləcəklər. Bunun üçün qalan borcun ən azı 25 faizinin ödənilməsi tələb olunur. Bu halda birdəfəlik ödənilən məbləğə 25 faiz endirim tətbiq ediləcək.

Kampaniyadan geri ödəmə taksitləri ən gec 2025-ci ilin iyun ayının sonunadək başlamış mənzil və iş yeri alıcıları yararlana biləcəklər. Müraciət edənlərin əvvəlki taksit və əmlak vergisi borcu olmamalıdır. Qalan taksit sayı 12 ay və daha az olan şəxslər isə kampaniyaya daxil edilməyəcək.

Müraciətlər sentyabrın 22-dən oktyabrın 19-dək TOKİ ilə satış müqaviləsinin bağlandığı müvafiq banklar vasitəsilə qəbul ediləcək. Kampaniya müddəti başa çatdıqdan sonra edilən ödənişlərə 25 faizlik endirim tətbiq olunmayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026