Mobil versiya
NATO-da mühüm vəzifəyə yeni seçim
Tarix: 20-09-2026 | Saat: 14:30
Bölmə:Dünya | çapa göndər

NATO-da mühüm vəzifəyə yeni seçim


NATO Hərbi Komitəsinə yeni rəhbər seçilib. aia.az Alyansın mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, 18-19 sentyabr tarixlərində Kopenhagendə keçirilən üzv dövlətlərin Müdafiə Rəisləri səviyyəsində illik konfransında alman generalı Karsten Breuer Alyansın ən yüksək hərbi orqanının yeni sədri seçilib.

Breuer bu vəzifəni 2027-ci ilin yayından başlayaraq üç illik müddətə icra edəcək. O, hazırkı sədr, italyan admiralı Cüzeppe Kavo Dragoneni əvəz edəcək.

Ənənəvi olaraq, bu vəzifəni Alyansın üzv dövlətlərindən birinin generalı və ya admiralı tutur, ABŞ isə Avropada Müttəfiq Qüvvələrinin Ali Komandanı vəzifəsini tutur.

NATO Hərbi Komitəsi ildə iki dəfə Brüsseldəki qərargahında Müdafiə Rəisləri səviyyəsində görüşür və ildə bir dəfə Alyansın üzv dövlətlərindən biri tərəfindən təşkil edilən və ev sahibliyi edilən konfrans keçirir.

Hərbi Komitəsinin növbəti plenar iclasının 2027-ci ilin yanvar ayında Brüsseldə keçirilməsi planlaşdırılır. Komitənin işi hazırda NATO qərargahındakı daimi hərbi nümayəndələr tərəfindən həyata keçirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026