Anım Günü dərin ehtiramın ifadəsidir
Tarix: 26-09-2024 | Saat: 12:59
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən - 27 sentyabr Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə şəhidlərimizin xatirəsi qürurla yad edilir. 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi bizim şanlı tariximizdir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində şəhid olanlarımıza dövlət səviyyəsində diqqət göstərilir. Bu qayğıdan biri də Anım gününün təsis edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sə-rəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edildi. Təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü üçün¬ canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.Şuşanın işğaldan azad edilməsi, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu. Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur qaldı. Beləliklə, xalqımızın 30 illi yurd həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır.Sentyabrın 20-də Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi. Xankəndində ağ bayraq qaldırıldı. Ermənistan ordusunun qalıqları, separatçılar tərksilah edildi. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.
Kəklik İbrahimova,
Gədəbəy rayon Düzyurd kənd tam orta məktəbinin direktoru - fəal gənc
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024