Mobil versiya
ABŞ Konqresində Azərbaycan və Türkiyəyə qarşı sərt çağırışlar – Sanksiya tələbi
Tarix: 23-11-2026 | Saat: 18:16
Bölmə:Özəl | çapa göndər

ABŞ Konqresində Azərbaycan və Türkiyəyə qarşı sərt çağırışlar – Sanksiya tələbi



ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycan və Türkiyəyə qarşı ittihamlar səsləndirilib. Bəzi iştirakçılar Vaşinqtonu hər iki ölkəyə hərbi və diplomatik dəstəyi məhdudlaşdırmağa çağırıblar.

Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrə konqresmenlər Kris Smit və Ceyms Makqovern həmsədrlik ediblər.

Tədbirdə çıxış edən “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybner Azərbaycan və Türkiyəni erməni icmalarının hüquqları və regional təhlükəsizlik məsələləri ilə bağlı tənqid edib.

Aybner Qarabağdan köç etmiş ermənilər, Bakıda saxlanılan erməni əsilli şəxslər və “Qərbi Azərbaycan” konsepsiyası ilə bağlı iddialar irəli sürüb.

Azərbaycanın rəsmi mövqeyinə görə isə Qərbi Azərbaycan təşəbbüsü indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların sülh yolu ilə geri qayıtmaq hüququnun təmin edilməsini nəzərdə tutur.

Bakı həmçinin 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən tədbirlərin Azərbaycanın suverenliyinin bərpasına xidmət etdiyini və erməni sakinlərin reinteqrasiyası üçün imkanlar təklif olunduğunu bəyan edib.

Dinləmələrdə Azərbaycanın keçmiş işğal dövründə üzləşdiyi humanitar problemlərin və azərbaycanlı məcburi köçkünlərin taleyinin kifayət qədər işıqlandırılmaması da diqqət çəkən məqamlardandır.

Konqresmen Kris Smit Türkiyəyə qarşı da məhdudiyyətlərin tətbiqini gündəmə gətirib. O, Ankaranın dini azadlıqlarla bağlı siyasətini tənqid edərək Türkiyəyə sanksiyaların tətbiqinə və F-35 qırıcılarının satışına yenidən baxılmasına çağırıb.

Erməni Milli Komitəsinin nümayəndəsi Aram Hambaryan da ABŞ administrasiyasını Azərbaycan və Türkiyəyə qarşı daha sərt siyasət yürütməyə səsləyib.

Dinləmələrdə hər iki ölkəyə silah satışının, maliyyə yardımının və diplomatik dəstəyin məhdudlaşdırılması təklifləri səsləndirilib.

Bununla belə, iştirakçıların çağırışları ABŞ administrasiyasının rəsmi qərarı demək deyil. Hər hansı sanksiyanın və ya yeni məhdudiyyətin qəbul edildiyi barədə məlumat verilməyib.

Müzakirələr göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyənin regiondakı rolu ABŞ-ın bəzi siyasi dairələrində mübahisə mövzusu olaraq qalır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026