Mobil versiya
Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb
Tarix: 23-11-2026 | Saat: 21:21
Bölmə:Təhsil | çapa göndər

Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb


Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.
aia.az xəbər verir ki, bu barədə universitet açıqlama yayıb.

Bildirilib ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Qeyd olunub ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə universitetindən qovulmayıb.

"Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur", - açıqlamada qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026