ABŞ-ın yüksək rütbəli komandanının Yaxın Şərq səfərinin detalları üzə çıxdı
Tarix: 23-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Yaxın Şərqə bir həftəlik səfəri zamanı regiondakı təhlükəsizlik vəziyyətini və hərbi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib.
CENTCOM-un rəsmi məlumatına görə, amerikalı admiral İsrail, Səudiyyə Ərəbistanı və Qətərin yüksək vəzifəli mülki və hərbi nümayəndələri ilə görüşlər keçirib.
Danışıqların əsas mövzusu regionda mövcud təhlükəsizlik çağırışları, müttəfiqlər arasında koordinasiya və gələcək əməkdaşlıq imkanları olub.
“The Times of Israel” nəşrinin məlumatına əsasən, Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə də görüşüb.
Mənbələr bildirirlər ki, tərəflər xüsusilə İran ətrafında davam edən gərginlik fonunda hərbi əlaqələrin möhkəmləndirilməsini və gələcək fəaliyyət planlarını nəzərdən keçiriblər.
Səfərin İranla bağlı həssas təhlükəsizlik şəraitində baş tutması diqqət çəkir. Bununla belə, görüşlərdə konkret hərbi əməliyyat barədə qərar qəbul edildiyinə dair rəsmi məlumat açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026