Azərbaycan-Vyetnam: tarixi dostluqdan strateji tərəfdaşlığa - DEPUTAT
Tarix: 23-11-2026 | Saat: 12:28
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasətinin prioritetlərini, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarını və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisədir. Dövlət başçısının fikirləri bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, suverenliyə hörmət və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Azərbaycan ilə Vyetnam arasında təxminən yetmişillik tarixə malik münasibətlərin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Həmin səfər iki xalq arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm rol oynayıb. Bu əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olub. 1983-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirib. Səfərin ölkənin müxtəlif regionlarını əhatə etməsi Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricisi idi. Əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatına mühüm töhfə verməklə gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi.
Müstəqillik dövründə də bu dostluq ənənələri qorunaraq yeni məzmun qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri siyasi dialoqun davamlılığını təmin edib. Münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib, siyasi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.
Bu gün Azərbaycan-Vyetnam münasibətləri dövlət başçıları səviyyəsindəki təmaslarla yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar arasında əməkdaşlıq vasitəsilə də inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələr bu baxımdan xüsusi qeyd olunmalıdır. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət də ölkələrimizin siyasi dialoqunun mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin müsahibəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin malik olduğu potensialı tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Enerji sektoru Azərbaycan–Vyetnam iqtisadi münasibətlərinin ənənəvi istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəsi Vyetnamla günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq üçün yeni perspektivlər yaradır.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı da artır. “ROX Group” şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi bunun konkret nümunəsidir. Ötən ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əlaqələrin praktiki məzmununun genişləndirilməsi baxımından mühüm addımdır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu da Vyetnamla əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu dinamika ölkəmizin beynəlxalq logistika sistemində artan rolunu nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması, eləcə də qarşılıqlı ticarətin genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Azərbaycanın liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu bu marşrutlarda səmərəli logistika xidmətlərinin təşkilinə şərait yaradır. Beləliklə, tranzit əməkdaşlığı yalnız yükdaşımaların artmasına deyil, həm də yeni investisiya layihələrinin reallaşdırılmasına və biznes əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir: “Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək”.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən digər mühüm məqam Azərbaycanın beynəlxalq nəqliyyat və energetika sistemindəki mövqeyinin Vyetnamla əməkdaşlıq baxımından yaratdığı imkanlardır. Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika habı kimi qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş potensiala malikdir. Bu üstünlüklərin uzlaşdırılması yeni bazarlara çıxış, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm perspektivlər vəd edir.
Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin tarixi inkişaf yolunu, müasir vəziyyətini və gələcək prioritetlərini əks etdirən mühüm siyasi məzmun daşıyır. İki ölkə arasında əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminliklə demək olar ki, qarşılıqlı etimad, siyasi iradə və geniş iqtisadi potensial üzərində qurulan bu münasibətlər gələcəkdə Azərbaycan və Vyetnam xalqlarına daha böyük fayda gətirəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026