Mobil versiya
"Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır" - Nazir
Tarix: 23-11-2026 | Saat: 15:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır" -

Ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.

aia.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün Ermənistanda çox önəmli bir inkişaf baş verdi. Ermənistanın Baş naziri Konstitusiya mətnini ictimaiyyətə açıqladı. Azərbaycan üçün maraqlı olan məqam ondan ibarətdir ki, yeni Konstitusiya layihəsində bu cür iddiaların yer almadığını müşahidə edirik. Bu, müsbət haldır, inkişafdır. Sözügedən məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026