İdeoloji təhlükəsizlik də vacib məsələdir
Tarix: 26-09-2024 | Saat: 11:02
Bölmə:Özəl | çapa göndər
2020-ci il sentyabr ayının 27-dən növbəti düşmən təxribatlarının qarşısını almaq məqsədiylə başlayıb, 44 gün ərzində davam edən və sonda Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən II Qarabağ Müharibəsi tariximizin ən şanlı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Həmin günlərdə xalqımız öz liderinin-Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müzəffər Azərbaycan Ordusunun gücünü-qüdrətini və yenilməzliyini dünya qarşısında nümayiş etdirməyə müvəffəq oldu. Cəbhədə gedən döyüşləri həyəcanla izlədiyimiz 44 gün ərzində cənab Prezidentimiz İlham Əliyev müzəffər sərkərdə kimi həm hərb meydanında, həm də diplomatik cəbhədə öz yenilməz iradəsini ortaya qoydu.II Qarabağ Müharibəsi tariximizin ən qürurverici səhifəsinə, Azərbaycan xalqının iftixar rəmzinə çevrildi. Sonda məhz ölkəmiz 30 ilə yaxın davam edən müharibədə qalib tərəfə çevrildi və ərazilərimizin çox böyük hissəsi düşmənin qanlı caynaqlarından xilas edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
44 gün ərzində Azərbaycan xalqı, dünya azərbaycanlıları, qardaş Türkiyə bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Antiterror əməliyatı isə Dövlət Suverenliyimizin bərpası ilə nəticələndi. Amma hələ də ermənilərdən alət kimi istifadə edənlər, onları şirnikləndirib silahlandıranlar var və sabitliyi pozmağa çalışırlar. Təkcə silahlandırmaqla qalmayıb ideoloji sahədə də təxribata əl atırlar. Bütün bunlar barədə cənab Prezident yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində ətraflı danışıb. Bildirib ki, “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?”
Bütün bunlar onu göstərir ki, ideoloji təhlükəsizlikdə də hər Azərbaycan vətəndaşı, xüsusilə gənclər daha ayıq olmalı, həm dövlət qurumlarının, həm qanunvericilik orqanlarının, həm də ictimai fəalların birgə fəaliyyəti olduqca səmərəli olar.
Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024