Vətənpərvərlik ruhu
Tarix: 24-09-2024 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər
44 günlük tarixi Qələbə bir çox həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da, Silahlı Qüvvələrimizin kompleks inkişafı ilə bağlı İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Prezident İlham Əliyev: “Ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq". Bəli, bu, bir real faktordur ki, güclü ordusu olan dövlət güclüdür. Və bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.Bu bir həqiqətdir ki, Vətən müharibəsində döyüşən Azərbaycan əsgərləri ya əvvəlki illərdə, ya da bu illərdə doğulub təhsil alan Vətən övladlarıdır. Müqəddəs savaş göstərdi ki, istər hərbiçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Bu, Azərbaycan cəmiyyətində dövlətin uğurla apardığı siyasətin nəticəsidir. Ancaq onuda etiraf etmək lazımdır ki,gənclərimizin vətənpərvər ruhunda tərbiyə almasında müəllimlərimizin rolu danılmazdır.
Kənan Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024