Mobil versiya
Hizbullah komandiri İbrahim Kubeysi İsrailin hücumu nəticəsində öldürülüb
Tarix: 24-09-2024 | Saat: 18:28
Bölmə:Özəl | çapa göndər

Hizbullah komandiri İbrahim Kubeysi İsrailin hücumu nəticəsində öldürülüb


İsrailin Livanın paytaxtı Beyruta endirdiyi yeni hava hücumunda Hizbullahın raket-raket diviziyasının komandiri İbrahim Kubeysi həlak olub. Livan Səhiyyə Nazirliyi bu gün həyata keçirilən hücumlarda 6 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

İsrail ordusunun Beyruta hücumu zamanı Hizbullahın raket-raket diviziyasının komandiri İbrahim Kubeysinin öldürüldüyü açıqlanıb.
Şahidlərdən alınan məlumata görə, İsrail ordusu Hizbullahın güclü olduğu Dahiyə bölgəsinin Qubeyri rayonunda bir binanın 4-cü və 5-ci mərtəbələrini hədəfə alıb.

Sözügedən hücum İsrailin bir həftə ərzində Beyruta üçüncü hücumu olub.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Beyrutu hədəf alan hava hücumunda ilkin təsbitlərə görə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

İsrail ordusu da yazılı açıqlamada Beyruta hava hücumu təşkil etdiyini təsdiqləyib.

Açıqlamada hücumla bağlı təfərrüatların daha sonra açıqlanacağı bildirilib.

İsrail ordusu səhər saatlarında Livanın cənubunda yenidən hava hücumları təşkil etdiyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024