Adəm İsmayıl Bakuvi: “Azərbaycan öz hərbi gücünü artırmaq üçün bütün lazım olan addımları atacaq”
Tarix: 24-09-2024 | Saat: 16:47
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 23 sentyabr tarixində keçirilmiş VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışını mahiyyət etibarı ilə özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın artıq qədəm qoyduğu yeni inkişaf dövrü üçün nəzərdə tutulmuş əsas istiqamətverici konsepsiya kimi dəyərləndirmək lazımdır. Qeyd etmək lazımdır ki, ölkəmizin tarixində başlanmış və bu il ilk dəfə olaraq istisnasız bütün suveren ərazilərimizdə keçirilmiş prezident və parlament seçkiləri ilə əlamətdar olan bu yeni dövr, eyni zamanda bütün Cənubi Qafqaz regionunun gələcək taleyinə əhəmiyyətli təsir göstərəcək yeni geosiyasi reallıqlar zəminində formalaşır. Heç də təsadüfi deyil ki, cənab Prezident bu reallıqların yaranmasını şərtləndirən iki əsas hadisəni, Vətən müharibəsini və ölkəmizin suverenliyinin bərpasını dünya miqyasında tarixi hadisələr kimi qiymətləndirdi. Həqiqətən də, bu gün Cənubi Qafqazda təmsil olunmağa çalışan güclərin regionumuzda və xüsusilə də Azərbaycanda gedən proseslərə maraq və diqqətinin getdikcə artdığını nəzərə alsaq, qeyd olunan hər iki hadisənin qlobal proseslərə bilavasitə təsiri baxımından əhəmiyyətini yüksək dəyərləndirməmək mümkün deyil. Əlbəttə ki, bu təsir heç də bütün qüvvələr tərəfindən müsbət qəbul edilmir. Çünki Azərbaycanın özünün artıq regional prosesləri nəzarət altında saxlamaq iqtidarında olan bir aktora çevrilməsi bəzi Qərb dövlətlərinin Cənubi Qafqaza dair hazırladıqları planlara qətiyyən uyğun gəlmir. Məhz buna görə bu gün biz ikili standartlar əsasında qurulmuş və ölkəmizə qarşı irəli sürülən ittihamların hələ də artdığını müşahidə edirik. Əlbəttə ki, bu cəhdlər ölkəmizin prinsipial mövqelərinə heç bir halda təsir edə bilməz. Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti, diplomatik müstəvidə atılan məqsədyönlü addımlar və həyata keçirilən uğurlu praqmatik xarici siyasət Azərbaycan reallıqlarını artıq bütün dünyaya qəbul etdirib. Bununla belə qazanılan mövqeləri qoruyub-saxlamaq və daha da gücləndirmək üçün bundan sonra daha çox səy göstərmək lazım gələcək. Cənab Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər də məhz bu məqsədlə dövlət səviyyəsində atılacaq addımların əsas istiqamətlərini təyin etmiş oldu.”
Bunları aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.
Daha sonra müsahibimiz Prezident İlham Əliyevin ölkənin hərbi gücünün artırılması barədə səsləndirdiyi fikirlərin önəmini diqqət mərkəzinə çəkərək bildirib ki, yüksək hərbi potensial istənilən dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edə biləcək ən başlıca amildir: “Azərbaycan Vətən müharibəsini qələbə ilə başa vurdu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Lakin bu faktlar özü-özlüyündə bizi gələcək mümkün təcavüzlərdən sığortalaya bilməz. Əksinə, bu gün Ermənistanda revanşizm əhval-ruhiyyəsinin getdikcə güclənməsi, bu ölkənin məlum Qərb dairələri tərəfindən intensiv şəkildə silahlandırılması Azərbaycanın hər zaman hadisələrin istənilən şəkildə inkişafına hazır olması zərurətini ortaya qoyur. Məhz buna görə cənab Prezident İlham Əliyev ölkənin hərbi gücünün artırılmasının bir nömrəli vəzifə kimi qarşıda durduğunu xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı tamamilə doğru olaraq qeyd etdi ki, hazırda beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb və İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. Müasir dünyada güc amili artıq açıq-aşkar aparıcı mövqelərə sahiblənib və bu gün bütün bəşəriyyət bunu bəzi böyük dövlətlərin davranışından aydın şəkildə görür. Buna görə də ölkəmiz hərbi sahəyə diqqəti daim artırmalıdır və Azərbaycan dövləti bu məqsədlə bütün lazım olan addımları atacaq” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65