Mobil versiya
Səfirlik Cənubi Koreyada bərədə kilidlənmiş rusların saxlanmasından danışıb
Tarix: 23-09-2024 | Saat: 17:31
Bölmə:Özəl | çapa göndər

Səfirlik Cənubi Koreyada bərədə kilidlənmiş rusların saxlanmasından danışıb

Cənubi Koreyaya girişinə icazə verilmədiyi üçün Donghae şəhərində bərəyə qapanan Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur. Bu barədə Rusiyanın Seuldakı səfirliyinin Telegram-kanalında məlumat verilib.“Hazırda həmin şəxslər gündə üç dəfə yemək aldıqları bərədə qalmaqda davam edirlər. Onların saxlanma şəraitindən şikayəti yoxdur”, - deyə məlumatda bildirilir.
Səfirlik əlavə edib ki, ruslar sentyabrın 24-də Vladivostoka qayıdacaqlar. Onlar Donghae-dən adi dəniz bərə xidməti ilə göndəriləcəklər.

Hadisə barədə sentyabrın 21-i axşam saatlarında VL.ru portalı məlumat yayıb. Onun məlumatına görə, daxil olmaqdan imtina etdiyinə görə ruslar öz kabinələrində kilidlənib.Sentyabrın 23-də rusiyalı diplomatlar müəyyən ediblər ki, 16 Rusiya vətəndaşının Cənubi Koreya limanına girişinə icazə verilməyib. Onların sözlərinə görə, ruslar hazırda Donqhaedə dayanmış Duwon Shipping bərəsinin göyərtəsindədir.Daha sonra Rusiya diplomatik missiyası konsulluq şöbəsinin rəhbəri, Rusiyanın Cənubi Koreyadakı səfirliyinin müşaviri Roman Bıkovun Rusiya vətəndaşları ilə görüşəcəyini bildirib. O, həmçinin immiqrasiya orqanları ilə vəziyyəti müzakirə edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024