Mobil versiya
Rusiya qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb
Tarix: 19-09-2024 | Saat: 08:03
Bölmə:Özəl | çapa göndər

Rusiya qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb

General-mayor Apti Alaudinovun sözlərinə görə, Ukrayna əsgərləri təslim olmaqla bütün cəbhə xətti irəliləyir.
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı komando bölməsinin komandiri general-mayor Aptı Alaudinov bildirib ki, Rusiya qüvvələri Rusiyanın sərhədyanı Kursk vilayətində Nikolayevo-Dayino və Daryino yaşayış məntəqələrini nəzarətə götürüb.

"Dünən Rusiya birliklərinin əsgərləri Nikolayebo-Daryinoya daxil olub, onu silib və nəzarətə götürüblər. Bu gün onlar Daryinoya nəzarəti ələ keçiriblər", - o, Telegram kanalında yerləşdirdiyi videoda bildirib.

Alaudinovun sözlərinə görə, Ukrayna əsgərləri təslim olmaqla bütün cəbhə xətti irəliləyir. “Bizim bölmələrimiz hər gün bir yaşayış məntəqəsini azad edərək tədricən irəliləyir.

Sudja rayonunda Rusiya qüvvələri Ukrayna silah-sursat anbarını, maşınları olan anbarı, pilotsuz təyyarələrin buraxılış sahələrini yerlə-yeksan edib və bir neçə Baba Yaqa pilotsuz təyyarəsini vurub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024