Titan sualtı qəzasının qalıqlarının görüntüsü ilk dəfə paylaşılıb
Tarix: 17-09-2024 | Saat: 10:42
Bölmə:Özəl | çapa göndər
Keçən il Titanikə dalarkən parçalanan Titan sualtı qayığının qalıqları ilk dəfə ABŞ Sahil Mühafizəsi tərəfindən paylaşılıb. Fəlakəti araşdıran dinləmə əsnasında görünüşlər ortaya çıxdı.2023-cü ilin iyununda baş verən fəlakətdə sualtı qayıqda olan 5 nəfər həyatını itirmişdi. Dünyanı əhatə edən axtarış-xilasetmə işləri zamanı Titan sualtı qayığının qalıqları Titanikdən bir neçə yüz metr aralıda tapıldı.
Paylaşılan görüntülərdə sualtı qayığın parçalanmış quyruq hissəsinin Şimali Atlantik Okeanının bulanıq dibində uzandığı görünür.
Quyruq hissəsi əsas gövdədən tamamilə ayrılıb və gəminin digər hissələri onun ətrafına səpələnib.
ABŞ Sahil Mühafizəsi, 22 iyun 2023-cü ildə uzaqdan idarə olunan vasitə ilə aparılan müayinələr nəticəsində sualtı qayığın ani təzyiq çökməsi (implozon) keçirdiyini təsdiqləyən “qəti dəlil” tapdığını açıqladı.
Bu fəlakət sualtı qayığın qəfil içəriyə doğru çökməsinə səbəb olub.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər