Mobil versiya
Elon Musk heç kimin Bayden və Harrisi öldürməyə çalışmadığı yazısını silib
Tarix: 16-09-2024 | Saat: 19:15
Bölmə:Özəl | çapa göndər

Elon Musk heç kimin Bayden və Harrisi öldürməyə çalışmadığı yazısını silib


Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask X sosial şəbəkəsində ABŞ prezidenti Co Baydenə, eləcə də vitse-prezident Kamala Harrisə sui-qəsd cəhdinin olmadığını bildirdiyi paylaşımını silib. TASS bu barədə Business Insider-ə istinadən xəbər verir.Daha əvvəl Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa ikinci sui-qəsd cəhdini şərh edərək demişdi ki, “heç kim Baydenə və ya Kamala sui-qəsd etməyə cəhd etmir”. Bu mesaja cavab olaraq sosial şəbəkə istifadəçiləri Maskın sözlərini tənqid ediblər. Onlardan bir neçəsinin qeyd etdiyi kimi, bu cür sözlər “təhlükəli” və “məsuliyyətsiz”dir.Mask sonda paylaşımını sildi və əlavə etdi ki, “dərs alındı”. Eyni zamanda, sahibkar "insanların kontekstini bilmədiyi zarafatların o qədər də gülməli olmadığını" söylədi.

Xatırladaq ki, sentyabrın 15-də Florida ştatının West Palm Beach şəhərində Trampın həyatına ikinci cəhd olub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024