Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi şəhid ailələrindən olan uşaqlarla tədbir keçirib -Fotolar
Tarix: 12-09-2024 | Saat: 12:16
Bölmə:Gündəm / Özəl | çapa göndər
Ölkəmizdə yeni tədris ilinin başlanmasına üç gün qalır. Artıq bütün təhsil müəssisələrində hazırıq işləri də başa çatdırılıb. Universitet və kolleclər öz tələbələrini, orta məktəblər də şagirdlərini səbirsizliklə gözləyirlər. Əlbəttə ki, məhz bu il birinici siniflərə gedəcək balalarımız üçün 2024-cü ilin 15 sentyabr tarixi onların həyatında ən önəmli hadisələrdən biri kimi yadda qalacaq. Çünki məhz bu gün onlar ilk dəfə şagird adını alaraq məktəbə gedəcək, elm və təhsil aləmində ilk kövrək addımlarını atacaqlar.
Məlumdur ki, bu gün cəmiyyətimizin ən həssas nöqtələrindən biri Vətən torpaqlarının azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə bağlıdır. Əlbəttə, dövlətimiz və şəxsən cənab Prezident İlham Əliyev həm şəhid ailələri ilə, həm də qazilərimizlə bağlı bütün məsələləri hər zaman xüsusi diqqət mərkəzində saxlayır, onların rifah halının yüksəldilməsi, ailə-məişət problemlərinin həlli məqsədilə davamlı olaraq məqsədyönlü addımlar atılır. Bununla belə, bu kateqoriyaya aid olan insanlara, xüsusilə şəhidlərimizin bizlərə əmanət olaraq qoyub getdikləri övladlarına qayğı göstərmək hər birimizin, bütün cəmiyyətin, ölkədə fəaliyyət göstərən bütün qurum və təşkilatların şərəf borcudur.
Bu baxımdan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (MN BHİK) fəaliyyəti də rəğbət doğurmaya bilməz. Qeyd edək ki, bu təşkilat tərəfindən mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların müxtəlif problemlərinin dövlət xətti ilə həll olunması üçün müvafiq addımlar atılır. Bu məqsədlə keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. O cümlədən 15 sentyabr - Bilik Günü münasibətilə şəhid ailələri ilə təşikl edilən görüşlər artıq ənənəvi hal almışdır. Hər il BHİK nümayəndələri Bilik Günü ərəfəsində respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan şəhid ailələri ilə görüşərək, onların övladlarına məktəb ləvazimatları hədiyyə edirlər. Komitə üzvləri ənənəyə sadiq qalaraq, bu il də növbəti görüşü yüksək səviyyədə keçiriblər.
Sentyabrın 10-da Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri 15 sentyabr “Bilik günü” ilə əlaqədar şəhid ailələrindən məktəbə gedən 35 nəfər şagird ilə “McDonald’s”da geniş tədbir keçiriblər. Tədbirdən öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Görüşdə MN BHİK-nin sədri Kərim Rzayev və C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev də iştirak ediblər. Hər iki məsul şəxs çıxış edərək uşaqları bilik günü münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində uğurlar diləyiblər. Sonra MN BHİK-in sədr müavini Aygün Məmmədova çıxış etmək üçün şəhid analarına söz verib. Şəhid anaları övladları ilə bağlı xatirələri bölüşüblər.
Tədbirin sonunda MN BHİK tərəfindən şagirdlərə ləvazımatlarla təchiz olunmuş məktəbli çantaları hədiyyə olundu. Sonda bu il ilk dəfə 1-ci sinifə gedən Zəhranın ad günü münasibətilə tort kəsildi. Qeyd edək ki, tədbirin keçirilməsinə öz töhfəsini verən “McDonald’s” restoranlar şəbəkəsinin rəhbərliyi uşaqların qidalanmasını öz hesabına təşkil etdi.
Şəhid anaları tədbirin təşkilinə görə MN BHİK rəhbərliyinə təşəkkürlərini bildiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024