Azər Məmmədov: Keçən il keçirilmiş antiterror tədbiri ölkəmizin gücünü artıran mühüm amillərdən biridir
Tarix: 11-09-2024 | Saat: 13:30
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
Azərbaycanın 2023-cü ilin 19 sentyabr tarixində keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələrini və bu hadisənin hələ də ən çox müzakirə olunan mövzulardan biri kimi öz aktuallığını saxlamasının əsas səbəblərini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.
Media təmsilçisi öz şərhində qeyd edir ki, bu mövzunun beynəlxalq miqyasda gündəmdə saxlanması ilk növbədə ölkəmizin Avrasiya məkanında gedən qlobal xarakterli geosiyasi proseslərə getdikcə daha çox təsir imkanlarına sahiblənməsilə izah olunmalıdır.
Baş redaktorun rəyinə görə, analoji hadisə hansısa başqa, daha aşağı nüfuza malik olan bir ölkə daxilində baş vermiş olsaydı, böyük ehtimalla beynəlxalq ictimaiyyət onu artıq unutmuşdu: “Əlbəttə ki, dünya güclərinin Cənubi Qafqaz regionuna diqqəti və marağı hər zaman yüksək olub. Amma məsələ bundadır ki, əgər tarixən bu maraq sadəcə regionun coğrafi mövqeyi və zəngin təbii ehtiyatları, o cümlədən böyük karbohidrogen yataqlarının mövcudluğu ilə izah olunurdusa, bu gün vəziyyət tamamilə fərqlidir. Bu fərq də ondan ibarətdir ki, bu gün artıq Cənubi Qafqazda bütün bu saydığımız təbii üstünlüklərin ilk növbədə məhz milli və regional maraqların təmin olunmasına yönəldilməsini həyata keçirən və gedən prosesləri öz nəzarətində saxlaya bilən yeni bir güc mərkəzi mövcuddur. Bu mərkəzin də adı Azərbaycan Respublikasıdır. Əgər əvvəllər Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələr regionumuzda öz təsir dairələrini böyütmək üçün yalnız bir-biriləri ilə rəqabət aparmalı olurdularsa, bu gün artıq bütün qlobal güclər bu regionda mövcudiyyətlərini təmin etmək üçün ilk növbədə Azərbaycanla hesablaşmağın lazım olduğunu anlayıblar. Təbii ki, Azərbaycanın gücü və nüfuzu artdıqca, beynəlxalq mövqeləri gücləndikcə xarici qüvvələrində regional proseslərə müdaxilə imkanları getdikcə daha da məhdudlaşır. Keçən il keçirilmiş antiterror tədbiri də sözsüz ki, ölkəmizin gücünü artıran mühüm amillərdən biridir. Məhz buna görə də Azərbaycan bu tədbirlərə başladığı andan etibarən aparılan əməliyyatların mahiyyəti və məqsədi məlum anti-Azərbaycan əhval-ruhiyyəli Qərb qüvvələri tərəfindən təhrif olunub və bu səylər indi də davam etdirilir. Bunda da əsas məqsəd ölkəmizin haqq işini beynəlxalq ictimaiyyətə nahaq kimi təqdim etmək, Azərbaycanın beynəlxalq mövqelərini zəiflətməkdir. Əgər bu hadisə Azərbaycanda yox, Qərb üçün maraqlı olmayan başqa bir ölkədə baş vermiş olsaydı, bu zaman onun ətrafında müzakirələr nəinki bir il, bəlkə heç bir həftə belə davam etməzdi.”
Azər Məmmədovun təhlilində diqqəti cəlb edən məqamlardan biri də budur ki, baş redaktor cərəyan edən hadisələrdə güclü lider amilinin rolunu xüsusi qeyd edir: “Hər bir ölkənin beynəlxalq nüfuzunun formalaşmasında bir çox digər obyektiv və subyektiv amillərlə yanaşı güclü siyasi lider faktoru mühüm rol oynayır. Bu gün biz dünyanın ən müxtəlif bölgələrində yerləşən, Azərbaycandan daha böyük və təbii ehtiyatlarla daha zəngin bir çox ölkələrin bizimlə müqayisə olunmaz dərəcədə ağır vəziyyətdə mövcud olduqlarının canlı şahidləriyik. Bu halı şərtləndirən əsas səbəblrdən biri, bəlkə də birincisi həmin ölkələrə rəhbərlik edən siyasi liderlərin ilk növbədə xarici siyasət sahəsində yol verdikləri ciddi nöqsanlardan irəli gəlir. Onlardan fərqli olaraq Azərbaycan bu gün nəinki öz daxilində, eləcə də yerləşdiyi regionda sülhün və sabitliyin əsas qarantı kimi çıxış edir. Ölkəmizin irəli sürdüyü qlobal təşəbbüslər bütün region ölkələrinin və qonşu dövlətlərin iqtisadi inkişafına mühüm töhfələr verir. Azərbaycan bu gün Şərqi və Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışlarında, təhlükəsiz çıxışlarında əsas tranzit ölkəyə çevrilməkdədir. Eyni zamanda ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artır. Azərbaycan Çin və Rusiya kimi qlobal miqyasda aparıcı iqtisadiyyata malik nəhəng ölkələrlə bərabərhüquqlu əsaslar üzərində əməkdaşlıq münasibətləri qurur. Bütün bunların məhz Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi, böyük uğurla həyata keçirdiyi praqmatik xarici siyasətin mühüm nəticələri olduğu danılmazdır. Bu gün Makron hökumətinin təhriki ilə ölkəmizə davamlı olaraq təzyiqlər göstərməyə çalışan Fransa kimi güclü nüvə dövlətinin qarşısında Azərbaycanın müdafiə mövqeyində durmaması, əksinə bu ölkənin neokolonialist siyasətini fəal şəkildə ifşa etməsi və bu iyrənc tendensiyanın təzahürlərinə qarşı mübarizə aparan ölkələrin təşkilatlanmasınd önəmli rol oynaması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsinin və qətiyyətinin bariz nümayişidir. Məhz dövlət başçımızın bu keyfiyyətləri Azərbaycana istər 2020-ci ildə Vətən müharibəsini, istərsə də keçən ilin sentyabr ayında antiterror tədbirlərini heç bir üçüncü tərəfin müdaxiləsinə imkan verilmədən həyata keçirmək imkanı verdi.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024