Mobil versiya
5 məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB
Tarix: 11-09-2024 | Saat: 16:27
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

5 məntəqənin nəticələri ləğv edildi -

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

aia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:

Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 78 saylı Lənkəran Kənd Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

aia.az-ın məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı 28 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səsvermənin nəticələri ləğv edilməlidir.

Təklif səsə qoyularaq təsdiq olunub.

Qeyd edək ki, 78 saylı Lənkəran kənd seçki dairəsinin lider namizədi 9 min 31 səslə (59,7 faiz) İsgəndərov Anar Camal oğludur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024