Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək
Tarix: 11-09-2024 | Saat: 12:17
Bölmə:Özəl | çapa göndər
Azərbaycan ilə Avropanın siyasi, iqtisadi, o cümlədən ticarət və enerji sahəsində əməkdaşlığı son illərdə inkişaf mərhələsini yaşayır. Köhnə qitə ilə münasibətlərin inkişafında mühüm mövqeyə sahib olan ölkələrdən biri İtaliyadır.
Ölkəmiz İtaliya ilə əlaqələrə böyük önəm verir və bu əlaqələrin genişləndirilməsində xüsusilə maraqlıdır. Prezident İlham Əliyevin 2024-cü ilin sentyabrın 4-6-sı tarixlərində İtaliyaya səfər etməsi və bu ölkənin Çernobbio şəhərindəki foruma qatılması, buradakı çıxışı zamanı səsləndirdiyi fikirlər bu baxımdan əhəmiyyətlidir. Ölkə rəhbəri İtaliyada işgüzar görüşlərinin ardından Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunan Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyana qatılıb. Sessiyada çıxış edən dövlət başçısı Azərbaycan-İtaliya və Azərbaycan-Avropa münasibətləri ilə bağlı çox önəmli fikirlər səsləndirib.
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il iki ölkənin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub. Azərbaycanın İtaliya ilə enerji sahəsində əməkdaşlığında Cənub Qaz Dəhlizinin mühüm elementdir. Bu inteqrasiya edilmiş boru kəmərinin uzunluğu 3500 kilometrdir və adıçəkilən boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Prezident İ.Əliyev qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Dövlət başçımız xatırladıb ki, bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Prezident çıxışı zamanı Qafqazda və daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik olan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası haqqında da danışıb. Dövlət başçımız xatırladıb ki, II Qarabağ müharibəsi və ondan sonra baş verən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var: “Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəkdir. Bu beynəlxalq səviyyəli bir tədbirdir və dünyanın hər yerindən ölkəmizə nümayəndələr, liderlər, turistlər gələcəkdir. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Bu isə Azərbaycana olan etibarın təzahürüdür.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər