Mobil versiya
Modi Hindistanda Ukrayna ilə bağlı “sülh sammiti”nin keçirilməsinə hələ razılıq verməyib
Tarix: 30-08-2024 | Saat: 17:46
Bölmə:Özəl | çapa göndər

Modi Hindistanda Ukrayna ilə bağlı “sülh sammiti”nin keçirilməsinə hələ razılıq verməyib

Hindistanın baş naziri Narendra Modi Kiyevin Ukrayna üzrə ikinci “sülh sammiti”nin keçirilməsi təklifinə hələlik razılıq verməyib. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
TASS xəbər verir ki, onların məlumatına görə, Hindistan Ukraynanın təşəbbüsündən ehtiyatlanıb, çünki o, Rusiyanı nizamlanma prosesindən kənarlaşdırır.

Hindistan Xarici İşlər Nazirliyi Bloomberg-ə bildirib ki, "İndiki mərhələdə konkret şərtlər və üsullar barədə şərh vermək tezdir".
Bundan əvvəl “Hindustan Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ilə bağlı növbəti “sülh sammitinin” Hindistanda keçirilməsini təklif etdiyini yazıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025