Ana Sayfa > Özəl > Modi Hindistanda Ukrayna ilə bağlı “sülh sammiti”nin keçirilməsinə hələ razılıq verməyib
Modi Hindistanda Ukrayna ilə bağlı “sülh sammiti”nin keçirilməsinə hələ razılıq verməyib30-08-2024, 17:46. Yazar: sevinc1 |
Hindistanın baş naziri Narendra Modi Kiyevin Ukrayna üzrə ikinci “sülh sammiti”nin keçirilməsi təklifinə hələlik razılıq verməyib. Bu barədə Bloomberg mənbələrə istinadən yazır. TASS xəbər verir ki, onların məlumatına görə, Hindistan Ukraynanın təşəbbüsündən ehtiyatlanıb, çünki o, Rusiyanı nizamlanma prosesindən kənarlaşdırır. Hindistan Xarici İşlər Nazirliyi Bloomberg-ə bildirib ki, "İndiki mərhələdə konkret şərtlər və üsullar barədə şərh vermək tezdir". Bundan əvvəl “Hindustan Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ilə bağlı növbəti “sülh sammitinin” Hindistanda keçirilməsini təklif etdiyini yazıb. aia.az Tərcümə şöbəsi Geri dön |