Oğuz seçiciləri YAP–ınn növbəti möhtəşəm qələbəsinə inanır! -Fotolar
Tarix: 30-08-2024 | Saat: 17:20
Bölmə:Aia TV / Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanov seçkiqabağı təşviqat kompaniyasının reqlamentinə uyğun olaraq Oğuz Mədəniyyət Mərkəzində Oğuz şəhərindən olan seçicilərlə görüşü keçirilib.
Tədbirdən öncə deputatlığa namizəd Ümimmilli liderin abidəsini və Oğuz şəhər “Şəhidlər xiyabanı”nı ziyarət edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələri islahatlar aparılır. Azərbaycan böyük templə inkişaf edir, ölkəmiz hərbi və iqtisadi cəhətdən daha da qüdrətlənir. Qeyd olundu ki, Partiyamız yarandığı tarixdən ölkəmizdə keçirilən bütün seçkilərdə qalib kimi başa vurub. Seçkilərə hazırlıqla bağlı görülmüş işlər deməyə əsas verir ki, seçicilərin 01 sentyabrda inkişafın davamına səs verəcəklər. O, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi əldə oluşmuş nailiyyətlər Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyur. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. 01 sentyabr seçkiləri vahid Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkisi kimi tarixə düşəcək, bu da müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.
İctimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə aktiv iştirak edən Oğuzdan olan seçicilər hər zaman dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Fərman İbrahimov, Emin Cəfərov, Nazim Hüseynli çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin iqtisadi inkişafı, əhalinin rifah halının yüksəlməsi, onun hərbi qüdrətinin daha da artması təşkil edir. Onlar bu günkü inkişafın davamı naminə seçiciləri 01 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Rayon Ağsaqqallar şurasının sədri Ehtibar Yusubov, seçici Aynurə Səfərova və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədi Eyvaz Qubanovu dəstəkləyəcəklərini bildirdilər.
Tədbir YAP-ın himni ilə başa çatdırılıb. Sonda təşviqat qrupunun üzvləri namizədlə xatirə şəkli çəkdirdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-12-2024
13-12-2024