Yeni uğur səhifəsi -Fotolar
Tarix: 30-08-2024 | Saat: 17:07
Bölmə:Aia TV / Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 110 saylı Balakən dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyevin rayonun Mədəniyyət Mərkəzində seçicilərlə sonuncu təşviqat görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Bildirilib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər əlamətdar tarixi hadisədir: “Əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyaraq, ölkəmizin coğrafi bütövlüyünə nail olmuşuq. Və ilk dəfə olaraq ərazi bütövlüyü təmin edilmiş bir ölkənin hüdudları daxilində parlament seçkiləri keçirəcəyik”.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev qeyd edib ki, ölkəmiz demokratik dəyərlərə sadiqliyini hər zaman atdığı addımlarla təsdiqləyir. O, yeni hədəflərin gerçəkləşdirilməsi ilə qalib, bütövləşən Azərbaycanın gücünün, qüdrətinin daha da artdığını, beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini əlavə edib.
Görüşdə çıxış edənlərdən televiziya aparıcısı Nailə İslamzadə, rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, şəhid anası Zümrüd Məmmədova, Birinci Qarabağ müharibəsi qazisi Şaban Daşdəmirov, təşviqat qrupunun üzvü Mahama Purtiyev, YAP fəalı Musalxan İbrahimov və digərləri çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024