Mobil versiya
Nizami Səfərov mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirib - FOTOLAR
Tarix: 30-08-2024 | Saat: 12:31
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Nizami Səfərov mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirib

2024-cü ilsentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayon təşkilatının qərargahında mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirilib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov YAP 1 sentyabrda keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini, YAP-ın məqsədyönlü fəaliyyəti xalq tərəfindən həmişə dəstəkləndiyini, ölkəmizin uğurlu inkişafı üçün aparılan məqsədyönlü siyasətin alternativinin olmadığını bildirib.

Deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, tovuzlular ictimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə həmişə aktiv iştirak edərək, hər zaman ədalətin, haqqın tərəfində olduğunu, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar etdiklərini, deputat seçiləcəyi təqdirdə isə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verdiyini bildirib.

Çıxış edən seçicilərdə öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024