Mobil versiya
Rizvan Nəbiyev: “Onların təkcə səsinə deyil, xeyir-duasına da ehtiyacımız var”
Tarix: 30-08-2024 | Saat: 09:51
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Rizvan Nəbiyev: “Onların təkcə səsinə deyil, xeyir-duasına da ehtiyacımız var”

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev Abşeronun rayonunun Masazır kəndində Vətən müharibəsi şəhidi Röyal Əkbərovun ailəsini ziyarət edib.

Rizvan Nəbiyev ziyarətə gedərkən əvvəlcə “Qurtuluş 93” yaşayış kompleksində kəndin bir qrup ağsaqqalı ilə görüşüb və söhbətləşib.

Daha sonra onlar şəhidimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Ziyarət zamanı bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib və dualar oxunub.

Qeyd edilib ki, Vətən müharibəsi şəhidi Röyal Əkbərovun xatirəsinə ucaldılmış abidə 2022-ci ildə şəhidimizin ailəsi Masazıra köçdükdən sonra dövlətimizin qayğısının təsdiqi olaraq inşa etdirilib.

Sonra deputatlığa namizəd və kənd ağsaqqalları şəhidimizin ailə üzvlərini ziyarət ediblər.

Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, onun Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.

Qeyd edilib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olan Röyal Əkrəbov Murovdağ yüksəkliyində hərbi xidmət keçib. Vətən müharibəsində baş leytenant kimi rəşadətli döyüş yolu keçərək 2020-ci il oktyabrın 16-da Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Röyal Əkbərov ölümündən sonra şəxsi igidliyi və şücaətinə görə III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ziyarət zamanı iştirakçılar şəhidimizin ailəsinin qayğıları ilə maraqlanıb.

Rizvan Nəbiyev şəhid ailələri, qazilər və veteranlarımızın dövlətimizin daima qayğısı ilə əhatə olunduğunu qeyd edib. O, sentyabrın 1-də planlaşdırılan seçkilərin tarixi əhəmiyyətinin məhz onların xidmətləri ilə şərtləndiyini vurğulayıb.

Deputatlığa namizəd buna görə də, onların təkcə səsinə deyil, həm də xeyir-duasına ehtiyacı olduğunu söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024