Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə növbəti görüşü İsmayıllı rayon Mədəniyyət mərkəzində baş tutub -Fotolar
Tarix: 29-08-2024 | Saat: 08:27
Bölmə:Manşet / Özəl / Aia TV / Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə növbəti görüşü İsmayıllı rayon Mədəniyyət mərkəzində baş tutub

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, Novruz Aslan avqustun 28-də seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı şəhərində yerləşən Mədəniyyət mərkəzində rayonun səhiyə işçiləri ilə görüş keçirib. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşün gedişində deputatlığa namizəd görüş iştirakçılarına Milli Məclisdəki fəaliyyəti barədə açıqlamalar verib və öz platformasını təqdim edib. Daha sonra görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən, insanların rifahı naminə göstərdiyi səmərəli fəaliyyətindən danışıb. Səmimi şəraitdə davam edən görüşdə səhiyyə sahəsində çalışan insanları qayğılandıran məsələlər müzakirə olunub. Görüş iştirakçılarından bir neçə nəfər söz alaraq bu məsələlər barədə öz fikirlərini səsləndiriblər.

Qeyd edək avqustun 28-də keçirilmiş görüşdə 350 nəfərə yaxın səhiyyə işçisi iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda keçirdiyi 54 görüşdə ümumilikdə 5900 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycanda səhiyyə sahəsinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024