Mobil versiya
Sumqayıt gənclərinin seçimi YAP-ın namizədləridir -Foto
Tarix: 27-08-2024 | Saat: 17:11
Bölmə:Aia TV / Parlament | çapa göndər

Sumqayıt gənclərinin seçimi YAP-ın namizədləridir

2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhərində gənclər, ilk dəfə səs verəcək seçicilər, o cümlədən idmançılarla görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev giriş nitqində Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. C.Məmiyev partiyanın tarixi qələbələrindən bəhs edərək bu dəfə də qalib gələcəyinə inamını ifadə edib.

Deputatlığa namizəd Hicran Hüseynova çıxışında YAP-ın seçki platformasını ətraflı şəkildə təqdim edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlara diqqət çəkib. O, xüsusilə ölkənin ərazi bütövlüyünün bərpası və milli gücün möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. H.Hüseynova həmçinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idmançılara, gənclərə və təhsilə göstərdikləri xüsusi qayğını qeyd edib. O, bu dəstəyin gənclərin inkişafında və Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasında mühüm rol oynadığını bildirib.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə təşviqat qrupunun üzvləri Alı Alıyev, Zahir Həsənov, Sahib Şamilov və digərləri YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən danışaraq, seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar YAP-ın xalqın mənafeyini qoruyan və güclü dövlət quruculuğu yolunda çalışan bir siyasi qüvvə olduğunu vurğulayıblar.

Seçicilər də çıxışlarında YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər, partiyanın xalq üçün xidmətlərini yüksək qiymətləndiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024