Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllının daha üç kəndində seçicilərlə görüşüb -Fotolar
Tarix: 25-08-2024 | Saat: 08:09
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllının daha üç kəndində seçicilərlə görüşüb

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçən görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, deputatlığa namizəd avqustun 24-də seçki-təbliğat kampaniyasının planına uyğun olaraq İsmayıllı rayonunun daha üç kəndində yerli sakinlərlə görüşüb. Həmin gün görüşlər rayonun Qalacıq, İstisu və Sumağallı kəndlərində keçirilib. İlk növbədə Novruz Aslan seçicilərə Milli Məclisdəki fəaliyyəti barədə açıqlamalar verib və öz platformasını təqdim edib.

Böyük coşqu və ruh yüksəkliyi ilə keçən görüşlərdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, bədii qiraətçi Pünhan İsmayıllı çıxış edərək Novruz Aslanın parlamentdə təmsil etdiyi rayon üçün gördüyü işlərdən, insanların rifahı naminə göstərdiyi səmərəli fəaliyyətindən danışıblar. Daha sonra səmimi şəraitdə davam edən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək avqustun 24-də keçirilmiş görüşlərdə 300 nəfərə yaxın kənd sakini iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on dörd gün ərzində keçirdiyi 50 görüşdə ümumilikdə 4950 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024