Mobil versiya
Seçimimiz YAP-ın namizədidir! -Fotolar
Tarix: 24-08-2024 | Saat: 14:03
Bölmə:Aia TV / Parlament | çapa göndər

Seçimimiz YAP-ın namizədidir!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Qəbələ rayonunun Mıxlıqovaq ,
Kötüklü, Solquca,Uludaş və Yemişanlı kəndindən olan seçicilərlə görüşü keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun həyat yolu haqqında seçicilərə məlumat verdi. Qələbələrin davamı naminə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün sahələri islahatlar aparılır. Azərbaycan iqtisadiyyatı böyük templə inkişaf edir, ölkəmiz daha da qüdrətlənir. Qeyd olundu ki, 1993-cü ildən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi.
Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.

Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Ceyhun Kərimov, İlkin Lətifov, Mıxlıqovaq kənd kənd sakinləri Bəhram Ağakişiyev, şəhid anası İradə Mikayılova, Yemişanlı kənd sakinləri Eldar Daşdıyev, Ədalət Əliyev və digərləri çıxış ediblər. Qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə