Yolumuz da, hədəfimiz də bəllidir -Fotolar
Tarix: 24-08-2024 | Saat: 09:08
Bölmə:Aia TV / Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu, Novoivanovka, Şahdağ və Çobankənd kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Qeyd olunub ki, Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür, bütün bu uğurlar parlament seçkilərində YAP-ın qələbəsini labüd edir.
Deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Vurğulayıb ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda əldə olunan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezident İlham Əliyevdir.
Sevinc Hüseynova çıxışında şəhid ailərinə və qazilərimizə dövlət qayğısından danışıb, onlara böyük ehtiram bəsləndiyini vurğulayıb.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Rüfət İmamquliyev və digərləri bildiriblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm zəfərlər gözləyir. Natiqlər seçiciləri parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün Sevinc Hüseynova Vətən müharibəsi şəhidləri Rafiz Afik oğlu Hüseynovun, Amin Qurban oğlu Rzayevin, Şəhriyar Şahlar oğlu Hacıyevin, Məmməd Cahangir oğlu Əliyevin, Bayram Arzu oğlu Qasımovun və Elmar İlham oğlu Cəfərovun ailələrini ziyarət edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sevinc Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhidlərin ailə üzvləri hər zaman olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd Novoivanovka, Şahdağ və Çobankənd kəndlərində fərdi görüşlər də keçirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024