Mobil versiya
Gənclərin seçimi dəyişməzdir -Fotolar
Tarix: 23-08-2024 | Saat: 16:49
Bölmə:Manşet / Aia TV / Seçki 2024 | çapa göndər

Gənclərin seçimi dəyişməzdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 76 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadənin Lənkəran rayonunun Separadi kəndində idmançılar və gənc seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermis şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O vurğulayıb ki, ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirilir: “Bu sahədə Dövlət proqramlarının uğurla icra olunması, kadr islahatları çərçivəsində gənclərə etimad göstərilməsi və digər addımlar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, onların ölkəni beynəlxalq müstəvidə təmsil etməsi baxımından əhəmiyyətə malikdir”.
Deputatlığa namizəd idmaçıları və gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Çıxış edən idmaçılar və gənc seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Gənclərin seçimi dəyişməzdir!”, - deyə bildirilib.
Qeyd edək ki, Cavanşir Paşazadə Lənkəran rayonunun Liman şəhəri və Üzümçülük qəsəbəsində Şəhid ailələrini və məzarlarını ziyarət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024