Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə görüşləri böyük ruh yüksəkliyi ilə davam edir -Fotolar
Tarix: 23-08-2024 | Saat: 08:33
Bölmə:Manşet / Özəl / Aia TV / Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanovun seçicilərlə görüşləri böyük ruh yüksəkliyi ilə davam edir

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, avqustun 22-də, Novruz Aslan təbliğat planına uyğun olaraq rayonun daha beş kəndində sakinlərlə görüşüb. Həmin gün görüşlər İsmayıllının Keyvəndi, Şəbyan, Bilistan, Bəhliyan və Minkə kəndlərində baş tutub. Bütün görüşlərdə kənd sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan deputatlığa namizəd ilk növbədə öz platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Görüşlərdə iştirak edən Əməkdar Mədəniyyət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın İsmayıllı rayonu üçün gördüyü işlərdən və parlamentdəki səmərəli fəaliyyətindən danışıb. Səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Qeyd edək avqustun 22-də keçirilmiş dörd görüşdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on bir gün ərzində keçirdiyi 46 görüşdə ümumilikdə 4350 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024