Mobil versiya
Siyəzənlilərin seçimi YAP-ın namizədidir -Foto
Tarix: 22-08-2024 | Saat: 17:40
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

Siyəzənlilərin seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən rayonunun Eynibulaq və Sədan kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının məsləhətçisi Tamerlan Qurbanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, YAP-ın budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında məlumat verib. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin möhtəşəm zəfərlərə imza atdığını, YAP-ın seçkilərə böyük uğurlarla getdiyini, qarşıdan gələn seçkilərin ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb.

Sonda çıxış edən seçicilər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
(Yap.org)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024