“Yeni uğurlara imza atacağıq”
Tarix: 22-08-2024 | Saat: 15:47
Bölmə:Parlament / Aia TV | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərovun Tovuz rayonu, Aşağı Quşçu və Dondar Quşçu kəndlərində seçicilərlə görüşlər keçirib.
Görüşləri YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov açaraq Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını qeyd edib. Bildirib ki, parlament seçkiləri ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Səfərov daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və Azərbaycanın parlament seçkiləri ilk dəfə olaraq ölkənin bütün ərazilərində keçiriləcəyini bildirib.
Sonra təşviqat qrupunun üzvü İsmayıl Hüseynov çıxış edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Sonda seçicilərin müraciətləri dinlənilib.
(Yap.org)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024