Mobil versiya
YAP qələbələr, uğurlar partiyasıdır! - FOTOLAR
Tarix: 22-08-2024 | Saat: 14:13
Bölmə:Aia TV / Seçki 2024 | çapa göndər

YAP qələbələr, uğurlar partiyasıdır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin YAP Bərdə rayon təşkilatının qərargahında və Tərtər rayonu Azadqaraqoyunlu kəndində seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya tarixi günlər ərəfəsində olduğumuzu bir daha görüş iştirakçılarının nəzərinə çatdıraraq vurğulayıb: “Milli Məclisə seçkilər müstəqillik tariximizdə ilk dəfədir ki, Qarabağla bütövləşmiş Azərbaycanımızın hər yerində keçirilir. Biz, bu seçkilərdə də xalqımzın YAP-ın namizədlərini dəstəkləməsi ilə yenidən qələbə qazanacağıq”.

O, deputatlığa namizəd Xanlar Fətiyev haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev bildirib ki, müzəffər Lider İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimizin də inkişafını daim diqqətdə saxlayır. Namizəd qeyd edib ki, yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri - rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova çıxış edərək, qalib Azərbaycanımızın bundan sonra daha inamla böyük qələbələrə imza atacağını ifadə ediblər.

Çıxış edən seçicilər Azadqaraqoyunlu kəndindən Arif Hüseynov, Mobil Kərimov, İlham Məmmədov, Əkbər Hacıyev, YAP Bərdə rayon təşkilatının qərargahında keçirilən görüşdə Akif Zamanov YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev Azadqaraqoyunlu kəndində fərdi görüşlər də keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024