Mobil versiya
Seçicilərlə görüşlər yüksək əhval-ruhiyyə ilə keçir -Fotolar
Tarix: 22-08-2024 | Saat: 13:24
Bölmə:Parlament / Aia TV | çapa göndər

Seçicilərlə görüşlər yüksək əhval-ruhiyyə ilə keçir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu, Arıqıran və İnəkboğan kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır: “Bu isə YAP-ı bütün sahələr üzrə yeni qələbələrə doğru aparır. Böyük əminliklə deyə bilərik ki, xalqın partiyası olan YAP parlament seçkilərində də ənənəsinə sadiq qalaraq möhtəşəm qələbə qazanacaq”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, vurğulayıb ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda əldə olunan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezident İlham Əliyevdir.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Rüfət İmamquliyev, Müşfiq Bağırov və digərləri çıxış edərək bildiriblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm zəfərlər gözləyir. Natiqlər seçiciləri parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sevinc Hüseynova Vətən müharibəsi şəhidləri Turxan Rəsul oğlu Allahverdiyevin və Nəcəf İlqar oğlu Hüseynovun ailəsini ziyarət edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sevinc Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhidlərin ailə üzvləri hər zaman olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd Arıqıran və İnəkboğan kəndlərində fərdi görüşlər də keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024