Mobil versiya
"Cavab oyununa azərbaycanlı hakim təyin etsinlər" - "Qalatasaray"ın baş məşqçisi
Tarix: 22-08-2024 | Saat: 10:49
Bölmə:İdman | çapa göndər

"Cavab oyununa azərbaycanlı hakim təyin etsinlər" -

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a uduzduqları matç (2:3) haqqında danışıb.

aia.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında oyunu belə dəyərləndirib:

"Çox erkən qol buraxdıq. Bu yol verdiyimiz səhvin nəticəsi idi. Ona görə də oyuna motivasiyasız başladıq. İlk hissənin sonunda ikinci qolu qapımızda gördük. İkinci hissənin əvvəlində Hakim Ziyeşi meydana buraxdıq. Qol şanslarımız var idi. Sonra Mişi Batşuayi qollar vurdu. Biz bu oyunda gördük ki, öz səviyyəmizi düzgün şəkildə ortaya qoysaq, rahatlıqla qol şansları yarada bilərik. Səhvlərə və boşluqlara yol verdik. Cavab oyununda daha yaxşı çıxış etməliyik".

O.Buruk oyunun baş hakimi Daniel Siebertdən narazı qalıb. O, görüşün İsveçrənin Almaniya kantonunda keçirildiyini xatırladaraq, bu matça almaniyalı hakimin təyin edilməsinin səhv olduğunu vurğulayıb: "Mən tribunada idim. Oradan seyr edərkən hakimin idarəçiliyi məni narahat etdi. Lazımsız vərəqələr göstərdi. Bir vərəqəni yazmağı iki dəqiqə vaxt apardı. İsveçrənin Almaniya kantonundayıq və matçı almaniyalı hakim idarə etdi. İnşallah, cavab oyununa da azərbaycanlı bir hakim təyin edərlər və vəziyyət bərabərləşər".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 27-də İstanbulda keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024