Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllının daha üç kəndində seçicilərlə görüşüb -Fotolar
Tarix: 22-08-2024 | Saat: 08:42
Bölmə:Manşet / Özəl / Aia TV / Parlament | çapa göndər
VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) seçicilərlə görüşlərini davam etdirir.
aia.az xəbər verir ki, avqustun 21-də, Novruz Aslan təbliğat planına uyğun olaraq rayonun daha dörd kəndində sakinlərlə görüşüb. Günün birinci yarısında seçicilərlə görüş Xankəndi kəndində baş tutub. Keçirilən görüşdə Novruz Aslan öz platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Qeyd edək ki, Xankəndi kəndində baş tutan görüşə yaxın ərazidə yerləşən Zeyvə və Kürdüvan kəndlərinin sakinləri də qatılıblar. Həmin görüşdə iştirak edən Əməkdar Mədəniyyət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın İsmayıllı rayonu üçün gördüyü işlərdən və parlamentdəki səmərəli fəaliyyətindən danışıb. Səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə Qoşakənd və Ağbulaq kəndlərində yerli sakinlərlə görüş keçirib. Deputatlığa namizəd ölkəmizdə gedən möhtəşəm quruculuq işləri, eləcə də Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu ilə bağlı fikirlərini səsləndirib. Seçiciləri qayğılandıran məsələlər səmimi söhbət şəraitində müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb.
Qeyd edək avqustun 21-də keçirilmiş dörd görüşdə 300 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on bir gün ərzində keçirdiyi 41 görüşdə ümumilikdə 4050 nəfər seçici ilə görüşüb.
Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024