Mobil versiya
Luis Enrike qərar verdi, PSJ-də mübahisə yarandı
Tarix: 22-08-2024 | Saat: 07:08
Bölmə:İdman | çapa göndər

Luis Enrike qərar verdi, PSJ-də mübahisə yarandı

Fransanın PSJ klubunda penaltiləri yerinə yetirəcək futbolçu seçimi ilə bağlı mübahisələr yaranıb.
aia.az “RMC Sport”a istinadən xəbər verir ki, klubun məşqçilər korpusu Kilian Mbappenin “Real Madrid”ə keçməsindən sonra komandada penaltiləri 24 yaşlı portuqaliyalı Vitinyanın yerinə yetirəcəyini təsdiqləyib.
Lakin, Luis Enrike və köməkçilərinin Vitinyanı əsas penalti oyunçusu təyin etmək qərarı PSJ-nin heyətində Usman Dembele və bir neçə oyunçunun narazılıqlarına səbəb olub. Belə ki, hücumçular bu məsuliyyəti öz üzərinə götürmək istədiyini bildiriblər.
“Le Parisien” nəşrinin məlumatına görə, bu mübahisələr fonunda Enrike cari mövsüm üçün penaltiləri yerinə yetirəcək konkret oyunçu seçməmək qərarına gəlib.
Bundan sonra ispaniyalı məşqçi komandanın heyətini açıqlayarkən penaltilərə cavabdeh olan oyunçunu matçların başlamasına az qalmış təyin edəcək.
Qeyd edək ki, Vitinya Paris təmsilçisinə 2022-ci ildə “Portu”dan 41,5 milyon avro qarşılığında transfer olunub. Ötən mövsüm PSJ-nin forması ilə bütün turnirlərdə 46 matça çıxan yarımmüdafiəçi 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024